Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Yermek Saqimbayev vəzifəsindən azad edilib.
Özbəkistanın Birinci xanımı Ziroat Mirziyoyeva Qlobal "Sıfır Tullantı" Alyansının (Global Zero Waste Alliance) yaradılmasına həsr olunmuş yüksək səviyyəli görüşdə ekoloji təhsilin inkişafı və gənclərin "yaşıl" təşəbbüslərinin dəstəklənməsi ilə bağlı təkliflərini təqdim edib.
Tədbirdə çıxış edən Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Zəfər Gününün Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının, xalqımızın milli iradə, birlik və qəhrəmanlığının təntənəsi olduğunu vurğulayıb. Dövlət Bayrağının isə Azərbaycanın müstəqilliyinin, milli kimliyinin və suverenliyinin rəmzi olduğunu qeyd edib.
Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri çərçivəsində təşkil olunan rəsmi ziyafətdə vyetnamlı müğənni tərəfindən Azərbaycan xalqı arasında "Ey Vətən" adı ilə tanınan məşhur mahnı səsləndirilib.
2026-cı ilin yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 21,104 milyon ton neft nəql edilib.